Həcc ziyarətinə getmək üçün kvotanın dolmasına az qalıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın dolmasına 35 yer qalıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. 

Avqustun 1-dən 6-na qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory