Almaniyanın “Zeit Online” qəzeti Naftalan neftinin müalicəvi əhəmiyyətindən yazır

Almaniyanın “Zeit Online” qəzetində “Sağlamlıq üçün neft vannası qəbul etmək” adlı məqalə dərc olunub.
   Məqalədə Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edilir.
   Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinin xam neftdən müalicəvi istifadəyə görə məşhur olması barədə məlumat verilir.

   Yazıda Naftalanda müalicə olunan insanların fikirlərinə də yer verilib. Rusiyadan gəlmiş 60 yaşlarında bir qadının Naftalanda neft vannası qəbul etdiyini və bunun ağrı verən revmatik poliartrit xəstəliyinin müalicəsi üçün faydalı olduğunu bildirir. O, 38 dərəcə istiliyi olan neft vannası qəbul edərkən özünü çox yaxşı hiss etdiyini vurğulayır. Neft vannasının 10 dəqiqə ərzində qəbul olunduğu qeyd edilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 32
  • 23
  • 442
  • 2,060
ILK-10 Azeri Website Directory