“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” və “Tərəqqi” medalı ilə təltif edilmiş bir qrup tərtərliyə medallar təqdim olunub

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.

Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq əvvəlcə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. İstər özünə, istərsə də digər yoldaşlara yubiley medalının verilməsini tərtərlilərə verilən ən böyük qiymət kimi dəyərləndirib, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının əhəmiyyətindən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tariximizin şərəfli səhifəsi olduğunu diqqətə çatdıran rayon rəhbəri bildirib ki, ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ötən il AXC-nin 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Qeyd edib ki, dövlət başçısının adıçəkilən medalın təsis edilməsi haqqında Sərəncamı Prezident İlham Əliyevin şanlı keçmişimizə, dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.

Sonra rayon rəhbəri tərəfindən medallar sahiblərinə təqdim olunub.

Qeyd edək ki, cənab Prezident İlham Əliyevin Sərəncamları ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, 95 saylı Tərtər Seçki Dairəsinin sədri Həmid Mehtiyev, rayon ağsaqqalı, Qaynaq kənd sakini Süleyman Quluyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Tədbirdə Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimov, təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev çıxış edərək medala layiq görülənləri səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Medalla təltif edilənlərdən 95 saylı Tərtər Seçki Dairəsinin sədri Həmid Mehtiyev, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar. Ölkəmizdəki inkişafın kökünün məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdən başlandığını bildiriblər. Bu gün Ulu Öndərin siyasi kursunu onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıblar. Cümhuriyyət medalının onlara verilməsini bütün tərtərlilərə verilən qiymət kimi dəyərləndiriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 6
  • 395
  • 1,387
ILK-10 Azeri Website Directory