Müdafiə naziri cəbhəboyu zonada səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak edib.

Nazirə məruzə olunub ki, yaşayış kompleksi qaz, su, işıq və lazımi kommunikasiya xətləri, həmçinin yeni mebel dəstləri ilə təchiz eilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, döyüş texnikası üçün saxlanc, avtopark, silah otağı, ideoloji otaq, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirdikdən sonra şəxsi heyətlə birlikdə nahar edib.

Sonra Müdafiə naziri qoşunların təmas xəttinə yaxın kəndlərdən birində yaşayan aprel döyüşləri zamanı şəhid olmuş Orxan Həmidovun ailəsini ziyarət edib. Görüşdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışılıb, Azərbaycanın Prezidenti və Birinci vitse-prezidentinin bu istiqamətdə atdığı bütün addımlara və qəbul edilən qərarlara görə dərin minnətdarlıq ifadə olunub.

Şəhidin anası Tamilla xanım ailəsinə dövlət başçısı tərəfindən göstərilən diqqətə və Müdafiə naziri adından təqdim edilən hədiyyələrə görə təşəkkür edərək bildirib ki, hərbi qulluqçuların köməyi ilə oğlunun ailəsinin yaşadığı həyətə su çəkilərək “Orxan bulağı” inşa edilib.

Çay süfrəsi ətrafında davam edən söhbət zamanı şəhidin ailə üzvləri Azərbaycan Ordusunun qüdrətinə və qələbəsinə inamın böyük olduğunu qeyd edərək qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin bölmələrimiz tərəfindən etibarlı müdafiə olunduğunu və əhalinin hərbçilərimizə yüksək etimad göstərdiyini bildiriblər.

Cəbhəboyu zonaya səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin keçirdiyi görüşlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Milli Məclisin deputatı Aqil Abbas da iştirak ediblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 21
  • 19
  • 514
  • 1,349
ILK-10 Azeri Website Directory