Belarus diplomatı Ankarada güllələnib

Belarusun Türkiyədəki Səfirliyinin diplomatı Alexandr Poganshev Ankarada silahlı hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, ağır yaralanan diplomat Ankara Güven Xəstəxanasına yerləşdirilib. Yaralı diplomat hazırda reanimasiya şöbəsindədir. Sağlamlığı ilə bağlı təhlükəli vəziyyət aradan qaldırılıb. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xəstəxanaya baş çəkib, o cümlədən belaruslu həmkarı ilə də telefonda danışıb.

Nazir M.Çavuşoğlunun məlumatına görə, diplomata silahlı hücum edən şəxs təqaüddə olan hərbçidir. O, diplomatı vurandan sonra intihar edib. İlkin məlumata görə, hadisə siyasi məqsədlə törədilməyib. Hadisə ilə bağlı tədqiqat aparılır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 43
  • 24
  • 459
  • 2,179
ILK-10 Azeri Website Directory