Azərbaycanda İlk dəfə Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri iştirak edirdi

Cari ilin 26-28 iyul tarixlərində Gədəbəy RİH-nin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun və Türk İşbirliyi və Kordinasiya Agentliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Atcılıq Federasiyasının dəstəyi ilə rayonun Miskinli yaylağı ərazisində mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən “Milli Yaylaq” Festivalı başlanmışdır.

Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri  iştirak edirdi.

Fesivalda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Dünya Etnospor Konfedarasiyasının Başqanı Bilal Ərdoğan, Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Türkiyə Respublikasının Azərbaycandakı səfiri  Erkan Özoral, Türk İşbirliyi və Kordinasiya Agentliyinin (TİKA) nümayəndəsi və digər qonaqlar çıxış etmişlər.

Çıxışlardan sonra Atçılıq Fedarasiyası tərəfindən müxtəlif at oyunları  və Türkdilli xaqların müsiqiləri nümayiş etdirilmişdir.

Festivalın təşkilində məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış elat-yaylaq ənənələrinin, unikal tarix və mədəniyyət nümunələrinin, Gədəbəy qədim yaşayış məskənlərinin, yerli əhalinin məişətinin, aqrar sahədə əldə etdiyi uğurların, saz-söz sənətinin və sair nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasına zəmin yaratmaqdan ibarətdir.

“Milli Yaylaq” Festivalının keçirildiyi ərazidə orijinal üslubda “Yaylaq yurdu” adlanan etno-qəsəbə, “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Yaylaq kulinariyası”, folklor nümunələri əsasında tamaşalar təşkil ediləcək, yarış meydançaları yaradılmışdır.

Festival ərəfəsində milli rəqs, xalq mahnıları, aşıq deyişmələri, qədim xalq oyunları, tətbiqi sənət nümunələri, yaylaq kulinariyası, müxtəlif sərgilər, tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq, Azərbaycanda yaşayan müxtəlif etnik qruplar üzrə kollektivlərin mədəni proqramlarını və nümunəvi çıxışlarını özündə birləşdirən mədəni etnoqrafik tədbirlər təşkili olunmuşdur.

“Milli Yaylaq” Festivalının mütəşəkkil təşkili milli adət-ənənələrin, mədəni irsin, milli kulinariyanın və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və təbliği, eyni zamanda regionun turizm potensialının təqdimatı olmuşdur.  Festivalda rayonun tarixi abidələri, İstirahət mərkəzləri, təbii suları haqında hazırlanmış minlərlə buklet festival iştirakçılarına paylanmış, xarici ölkədən gəlmiş qonaqlara isə üzərində rayonun tanıtım videosunun disk və Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən  möhtəşəm tarixi abidələrindən  qız qalasının şəkli olan simvolik əşya təqdim olunmuşdur.

Festivalda 15 ölkədən qonaqlar iştirak etmişlər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 15
  • 14
  • 606
  • 2,139
ILK-10 Azeri Website Directory