Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Uşaq-Gənclər İnkişaf Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul edib.
   M.Kərimli vətəndaşlarla görüşündə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
  Nazir müavini Prezident İlham Əliyevin bu il təqdim etdiyi iki sosial islahat paketinin uğurlu nəticələrini diqqətə çatdırıb, minimum pensiyanın və əməkhaqlarının, müavinət və təqaüdlərin ciddi şəkildə artırıldığını vurğulayıb.

  Görüş zamanı vətəndaşlar pensiya və sosial müavinət, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesinə dəstəyin göstərilməsi, əmək hüquqlarının müdafiəsi, əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri ilə təminat, ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər və s. məsələlərlə bağlı müraciət ediblər.
  Qəbula gələn vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə əlaqədar müvafiq tədbirlər görülüb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 14
  • 10
  • 2,211
  • 4,310
ILK-10 Azeri Website Directory