“Abituriyentlər düşünür ki, 150 ballıq ixtisasları seçsəm, ali məktəbə daxil olacağam”

DİM-İN SEKTOR MÜDİRİ: “İXTİSASLAR ÜZRƏ KEÇİD BALI ABİTURİYENTLƏRİN SEÇİMİNƏ GÖRƏ DƏYİŞƏ BİLƏR”

“Abituriyentlər düşünür ki, imtahanda 160 bal toplayıb, 150 ballıq ixtisasları seçsəm, ali məktəbə daxil ola biləcəyəm. Lakin 150 bal minimal müsabiqə şərtidir. Bu ixtisaslar üzrə keçid balı abituriyentlərin seçiminə görə dəyişə bilər”. 

Bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, istənilən halda həmin ixtisasları seçmək lazımdır: 

“Bu siyahıda perspektivli ixtisasların sayı çoxdur. Məsələn, “Şərabçılıq” ixtisası üzrə gələcəkdə iş tapa bilmək imkanlarınız həddən artıq yüksək ola bilər. Naxçıvanda yerləşən Aqrar Universitetdə 150 ballıq bəzi ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq mümkündür. Əgər 150 bal toplamısınızsa, bu o demək deyil ki, 150 ballıq ixtisaslara 100 faiz qəbul oluna bilərsiniz. 150 bal minimal müsabiqə şərtidir”.

X.Xanlarzadə bildirib ki, abituriyentlər 150 ballıq ixtisaslarla bağlı bir qədər yanlış məlumatlıdırlar.

Onun dediyinə görə, bunlar gələcəkdə kifayət qədər prespektiv vəd edən ixtisaslardır: “Bizim ölkəmizdə bu sahələr üzrə mütəxəssislərə ehtiyac var. Lakin müsabiqə şərtlərinin 150 bal formalaşmasında əsas səbəb abituriyentlərin bu ixtisaslara meyl göstərməməsidir. Ona görə burada müsabiqə vəziyyəti yaranmır.

III qrupda yer alan “Sosial iş” ixtisası üzrə mütəxəssislərə ehtiyac çoxdur.

Əvvəllər 150 ballıq ixtisaslarda təhsil almaq üçün yalnız müəyyən ali təhsil müəssisələrini seçmək mümkün idi. Bu ildən isə müsabiqə vəziyyətinə uyğun olaraq abituriyentə dövlət ali təhsil müəssisələrində də 150 ballıq ixtisasları seçmək hüququ verilib. Həmin ixtisaslar hansı ali təhsil müəssisəsində varsa, abituriyent ərizəsində həmin universitetləri qeyd edə bilər”.

S.QARAYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 6
  • 395
  • 1,387
ILK-10 Azeri Website Directory