Türkiyənin Bələdiyyə üzvləri Gəncədə bir sıra görüşlər keçiriblər

Türkiyənin İzmir Böyükşəhər və Çiğli Bələdiyyəsinin üzvləri Tulin Koç, Deniz Bektaş və Gülsün Özünal Derse Gəncədə işgüzar səfərdə olublar. Görüşdə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova da iştirak edib. Xarici qonaqlar burada bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Səfərin əsas məqsədi Gəncə və Bakıda müxtəlif işgüzar görüşlər keçirmək, bələdiyyələrlə görüşərək təcrübə mübadiləsi etmək və gənlər sahəsində müxtəlif layihələrin birgə icrasını həyata keçirməkdir.

Səfər çərçivəsində qonaqlar Nizami Rayon (Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədovla görüşüblər. Görüşdə qonaqlara Gəncə, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı barədə məlumat verilib, Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri günü-gündən daha da möhkəmlənir. Söhbət zamanı iki qardaş ölkənin bələdiyyələri və gənclər təşkilatları arasında mümkün əməkdaşlıqlar, təcrübə mübadiləsi imkanları müzakirə olunub. İzmir Böyükşəhər və Çiğli Bələdiyyəsinin üzvləri Gəncədə bir sıra başqa görüşlər də keçiriblər.  

Məlumat üçün bildirək ki, “Odlar Yurdu” GİB cari ilin aprel ayında Türkiyənin İzmir şəhərində keçirilən “Erasmus+” Gənclər Mübadiləsi Proqramında 5 nəfərlik heyətlə təmsil olunub. “Odlar Yurdu” GİB-nin üzvləri orada İzmirin Çilğli Bələdiyyə Başkanı Utku Gümrükçü, Başkan yardımcısı Tülik Koç və İzmir Böyükşəhər Bələdiyyəsi və Çiğli Bələdiyyəsi Məclis üzvü Deniz Bektaşla görüşüblər. Görüş Avropa Birliyinin Təhsil və Gənclik Proqramları Mərkəzinin Türkiyə Respublikasındakı nümayəndəliyinin Avropa Könüllülük Xidməti üzrə məsul şəxs Gülsün Özünal Dersenin təşkilatçılığı ilə baş tutub. Türkiyənin İzmir Böyükşəhər və Çiğli Bələdiyyəsi üzvlərinin Gəncəyə səfəri də həmin görüşün davamı olaraq baş tutub. 

Yeganə Qurbanova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 5
  • 4
  • 506
  • 2,228
ILK-10 Azeri Website Directory