Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin inşası davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş “Əlavələr”in icrası ilə əlaqədar rayon ərazisində məskunlaşmış 563 məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonun Xırdapay kəndinin ərazisindən 13 hektar torpaq sahəsi ayrılmış, hazırda 563 məcburi

köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilən 17 ədəd 4 mərtəbəli ictimai yaşayış binalarında, 432 şagird yerlik məktəb binasında, 140 yerlik uşaq bağçası binasında, klub-icma binasında, inzibati binada, tibb məntəqəsinin və ATS binalarında dəmir beton konstruksiyaların tikintisi başa çatdırılmış, divar və arakəsmələrin hörgüsünə başlanılmışdır.
Əraziniun təbii qaz ilə təminatı məqsədi ilə 31,5 km məsafədə xarici qaz xətti, 3,2 km məsafədə isə daxili qaz xətti çəkilmişdir. 3832 p/m məsafədə məhəllədaxili yollar tikilmiş, 1,2 km məsafədə 10 kv-luq xarici elektrik təchizatı, 15,14 km məsafədə 10/04 kv-luq daxili elektrik təsərrüfatı xətləri çəkilmişdir.   2110 p/m məsafədə drenaj sistemi tikilmiş, 366 metr məsafədə xarici su xətti, 1870 p/m məsafədə sahədaxili içməli su xətti, 1717 p/m kanalizasiya xətti çəkilmişdir.
Yeni yaşayış kompleksinin inşasının bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 5
  • 5
  • 421
  • 2,141
ILK-10 Azeri Website Directory