Gənc alim beynəlxalq simpoziumda ölkəmizi təmsil edəcək

Bu ilin oktyabrında Türkiyə Cümhuriyyətinin Niğde şəhərində onlayn “Türk dünyası araşdırmaları” VII beynəlxalq elmi simpoziumu keçiriləcək. Beynəlxalq tədbirdə ölkəmizi Prezident mükafatçısı, AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov təmsil edəcək.

Gənc tədqiqatçı simpoziumun plenar iclasında “Bəşəriyyətin qədim mədəni irsi – kurqanların yaradıcısı türklərdir” mövzusunda türk və ingilis dillərində məruzə edəcək.

Beynəlxalq tədbirdə türk dünyası alimlərinin, xüsusilə də ictimai və humanitar elmlər sahəsində çalışan tədqiqatçıların əməkdaşlığı, elmi istinad göstəriciləri haqqında interaktiv müzakirələrin keçirilməsi nəzərdə tutulur. Simpoziumda dünyanın 50-dən çox ölkəsindən 200-ə qədər alim və tədqiqatçı iştirak edəcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 1
  • 357
  • 129
  • 6,883
  • 21,216
ILK-10 Azeri Website Directory