General Polad Həşimovun xatirəsinə həsr olunan mini-futbol yarışmasının final məhələsi keçirilib

“Şəhid General-mayor​ Polad Həşimov”un xatirəsinə həsr olunmuş həvəskarlar arasında keçirilən mini-futbol üzrə Gəncə şəhər çempionatının final mərhələsi baş tutub. Finalda​ 1-ci və 2-ci yerlər​ üçün “Acces Bank” QSC-nin Gəncə filialının və​ “Turan Bank” ASC-nin Gəncə filialının​ komandaları,3-cü və 4-cü yerlər üçün isə​”Bank Respublika” ASC-nin Gəncə filialının və​ “Rabitə Bank” ASC-nin Gəncə filialının komandaları mübarizə aparıblar.

I yeri “Acces Bank” QSC-nin Gəncə filialının komandası, II yeri “Turan Bank” ASC-nin Gəncə filialının komandası, III yeri isə “Bank Respublika” ASC-nin Gəncə filialının komandası tutub. Sonda qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən​ ​ kubok, diplom və hədiyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilməsini nəzərə alaraq, idman yarışı təlimatlara uyğun tamaşaçısız, sanitar və gigiyenik şərtlərə riayət edilməklə keçirilmişdir.. Tədbirlə bağlı Fotoşəkilləri əlavə edirik. Bizim tədbirləri mətbuatda işıqlandırdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 1,126
  • 225
  • 7,652
  • 21,985
ILK-10 Azeri Website Directory