“40 min pakistanlı Azərbaycana gəlib”

"40 min pakistanlı Azərbaycana gəlib"<b style="color:red"></b>

“Fəaliyyətim müddətində iqtisadi əlaqələri daha da gücləndirmək əsas prioritet olacaq”.

APA-nın xəbərinə görə bunu, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee mətbuat brifinqində deyib. “İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Müxtəlif sahələr var ki, burda iqtisadi əməkdaşlıq üçün imkanlar genişdir. Pakistanın dərman şirkətləri Azərbaycan bazarına töhfə verə bilər.

Bildiyiniz kimi, dünya pandemiya ilə mübarizə aparır və ölkəmizdə bəzi dərman şirkətləri var ki, onlar virusun müalicəsində istifadə olunan dərmanlar istehsal edir. Digər bir sahə turizmlə bağlıdır. Ötən il 40 min pakistanlı Azərbaycana səyahət edib. Turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Pakistanla Azərbaycanın təbiəti, tarixi yerləri qarşılıqlı olaraq vətəndaşlar üçün cəlbedicidir. Təhsil sahəsində əməkdaşlıq üçün imkanlar var. Pakistanda aparıcı universitetlər var və tələbə mübadiləsi çərçivəsində azərbaycanlı tələbələr bu universitetlərdə təhsil ala bilər”, – deyə səfir deyib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2020
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 294
  • 2,807
ILK-10 Azeri Website Directory