“Xalqımız əmin olsun ki, bir qarış torpağımızı da düşmən tapdağı altında qoymayacağıq”

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı davam edir. Erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, ordumuzda böyük ruh yüksəkliyi yaradıb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri ön xətdə hərbi qulluqçularla görüşərək söhbət edib, təəssüratlarını öyrənib.

Hərbi qulluqçu Tural Tağıyev bildirib ki, Azərbaycan əsgərində böyük ruh yüksəkliyi var: “Hazırda döyüşlər gedir. Qüdrətli ordumuz var. İşğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Bunu düşmən də yaxşı bilir. Ona görə də yaşayış məntəqələrini, mülki əhalini atəşə tutur. Xalqımız əmin olsun ki, bir qarış torpağımızı da düşmən tapdağı altında qoymayacağıq.Azərbaycan Ordusunun zabiti kimi cəbhə bölgəsində xidmət etməsindən qürur duyduğunu söyləyən hərbi qulluqçu Allahşükür Şahbazov deyib: Bir neçə gündür ki, cəbhədə gərgin döyüşlər gedir. Ordumuzun zabit, gizir və əsgərləri düşmənə layiqli cavab verərək, işğal altında olan ərazilərimizin bir hissəsini azad ediblər. Döyüşlər davam edir. İnşallah bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq. Burdan ailəmə, bütün Azərbaycan xalqına salamlarımı çatdırıram.
Hərbi qulluqçu Əli Camalzadə isə xalqımızın 30 ildir ki, bu anı gözlədiyini qeyd edib: Torpaqlarımızın azad edilməsi biz zabitlərin, gizirlərin və əsgərlərin müqəddəs borcudur. Şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Hamımızın bir amalı var – torpaqları düşmən tapdağından azad etmək. Bu, bizim müqəddəs borcumuzdur.
Söhbət etdiyimiz digər hərbi qulluqçular da şəhidlərin qanının yerdə qalmayacağını, nəyin bahasına olursa-olsun, işğal altındakı torpaqlarımızı azad edəcəklərini bildiriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 57
  • 26
  • 391
  • 1,648
ILK-10 Azeri Website Directory