Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər

 Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb.
AZƏRTAC xəbər verir ki, görüntülərdə Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin artıq həmin ərazilərdə möhkənləndiyi əks olunub.
Kadrlardan görünür ki, ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı qalıb.
Hazırda Azərbaycan Ordusu işğal altındakı digər ərazilərin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.

Xatırladaq ki, uğulu əks-hücum nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olunub. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra strateji yüksəkliklər nəzarətə götürülüb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 52
  • 23
  • 386
  • 1,643
ILK-10 Azeri Website Directory