Hulusi Akar Şoyquyla Qarabağı müzakirə etdi

Hulusi Akar Şoyquyla Qarabağı müzakirə etdi<b style="color:red"></b>

Türkiyənin Müdafiə naziri Hulusi Akar və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

APA-nın Türkiyənin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Hulusi Akar telefon danışığı zamanı Ermənistanın hərbi təcavüzünə son verməsi və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini vurğulayıb.

H. Akar bildirib ki, atəşkəsə baxmayaraq, mülki əhaliyə və obyektlərə hücum edən Ermənistan buna son verməli və işğal etdiyi torpaqlardan çıxmalıdır:
 
“Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq”.

Telefon danışığı zamanı İdlib və Liviya başda olmaqla müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi də aparılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 6
  • 5
  • 432
  • 1,568
ILK-10 Azeri Website Directory