Diplomatlar Ermənilərin Gəncəyə raket hücumu ilə bağlı təəssüratlarını bölüşdü

Diplomatlar Ermənilərin Gəncəyə raket hücumu ilə bağlı təəssüratlarını bölüşdü<b style="color:red"></b>

“Görmək inanmaqdır. Həmişə baş verənləri öz gözünlə görmək yaxşıdır. Düşünürəm ki, bu bizim hamımıza bir daha müharibənin dəhşətlərini, dağıntılarını göstərir”.

APA-nın məlumatına görə, bunu ermənilərin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkən diplomatlar arasında olan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

“Bu bizim hamımızı bir daha cəsarətləndirir ki, gələcəkdə müharibələrdən uzaq olaq. Düşünürəm ki, Avropada hər kəs regionda baş verənləri çox yaxından izləyir. Bura Avropadır, bu region bizim qonşuluğumuzdur. Ona görə də bizim üçün bu regionda sülh, sabitlik, inkişaf və çiçəklənmə vacibdir, müharibə və dağıntılar deyil”.

İsveçrəni Azərbaycandakı səfiri, xanım Müriel Peneveyre bura gəlməyin, nə baş verdiyi barədə təəssürat qazanmağın onun üçün vacib olduğunu qeyd edib: “Qurbanların bütün ailələrinə səmimi qəlbdən başsağlığı verirəm. İsveçrə 28 sentyabrda artıq mövqeyini ifadə edib. Biz tərəfləri güc tətbiqini dayandırmağa, beynəlxalq hüquqa, xüsusilə beynəlxalq humanitar hüquqa dair öhdəliklərə riayət etməyə çağırmışıq. Bu isə mülki əhalini qorumaq deməkdir”.

“Gəncə şəhərində əsas hücuma məruz qalan yaşayış yerinə səfər etdim. Həyatını itirənlər və yaralılarla bağlı başsağlığımı çatdırdım. Beynəlxalq humanitar hüquq çərçivəsində mülki əhalinin və mülki infrastrukturun qorunması ilə bağlı BMT TŞ-nin çağırışını bir daha vurğulayıram”.

Bunu isə Gəncəyə səfərindən sonra BMT-in Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai “Twitter” hesabında yazıb. 

O, humanitar ehtiyaclar yaranarsa, BMT-nin bu ehtiyacları qarşılamağa hazır olduğunu bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 6
  • 5
  • 432
  • 1,568
ILK-10 Azeri Website Directory