Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına

Azad, demokraik və müstəqil vətənimizin  Qərb bölgəsində uzun illərdən bəri  fəaliyyət göstərən  və Azərbaycan  Respublikası Mediasını şərəflə təmsil edən, aşağıda adları qeyd olunan mətbu orqan rəhbərləri:

  1. Bahəddin Həsənov – “Tele-İnform Xəbərlər Mərkəzi”nin baş direktoru,
  2. İsrəfil Zeynalov – “Kür İnformasiya Agentliyi”nin baş direktoru,
  3. Qorxmaz Səmədov – “Azərbaycan Müjdələri” qəzetinin baş redaktoru,
  4. Aydın Hacıyev (Murovdağlı)  – “Qanun və Səlahiyyət qəzeti”nin baş redaktoru,
  5. Nürəddin Heseynov – “İnsan və Qanun jurnalı”nın baş redaktoru,
  6. Ruhin İsayev – “Məşəl” qəzetinin baş redaktoru tərəfindən

TƏŞƏKKÜR MƏKTUBU

Hörmətli İlham Müəllim!

Möhtərəm Cənab Prezident!

Cənab Ali Baş Komandan!

Bu gün Siz əsrlərin, eraların sınağından mərdliklə, mübarizliklə çıxaraq ümumbəşəri dəyərləri öz varlığıyla zənginləşdirmiş bütöv bir qəhrəmanlıq tarixi yaratmış müdrik Azərbaycan xalqının həyat eşqini, vətənpərvərlik ruhunu, Əbədiyə, Mütləqə, Olacağa inam gücünü daha da artıraraq, müəllifi olduğunuz  Teni Tarixi Mərhələnin əsasını qoymaqla tərəqqipərvər bəşəriyyətin də haqq qazandırdığı yeni mücadilə tariximizə imza atırsınız.

Dünyəvi, olduqca səriştəli, çoxillik təcrübəyə əsaslanan, millətsevərlik  coşqusundan boy verən, intəhasız  Vətən sevgisini özündə ehtiva edən, qranit iradəyə söykənən analoqu olmayan diplomatik gedişləriniz, beynəlxalq hüquq normaları və ümumbəşəri dəyərlərlə böyük insanlığın yaratdığı meyarlarla həmahəng təşkil edən, dünyanı heyran qoyan intervyu və müsahibələriniz, olduqca intellektual, olduqca dinamik, olduqca yenilməz çıxışlarınız Azərbaycanın haqq işini dünən də, bu gün də sükutla qarşılayan planetin supergüc sahiblərini heyrətdə saxlamaqdadır.

Tez – tez ürəyinizin döyüntüsündən od saçan bir qılınc kimi sıyrılan, millətimizin qürur hissini alovlandıran, Sizi inam və güvənc zirvəsinə çevirən “Qarabağ Azərbaycandır!” əmri şanlı, rəşadətli ordumuza hər an qələbə əzmi, yenilməzlik ruhu bəxş edir, işğaldan azad olunan əzəli, əbədi, tarixi torpaqlarımız yenidən vətənləşir, Qorqudlaşır, Babəkləşir, Xətailəşir! Azərbaycanlaşır!

Əzizimiz Ali Baş Komandan!

Müəllifi xalqımızın müdrik ziyalısı Safruh olan “Yeni Oğuz Sözü” kitabının bir gərəkli deyimi xatırlamaq yerinə düşərdi: “ Dünya okeanında Atayurdun Siyasət Gəmisi dönmədən bir yöndə – “ öz əlim, öz başım” yönündə getməlidir. Onun sükanı yalnız əngəllərdən yan keçmək, lazım gələndə burulmalıdır sağa – sola. Nə cür tufan qopur – qopsun, sükançının gözü Azadlıq mayakından bir an da yayınmamalıdır. Bu yolda Siyasət Gəmisi yurdun Atasına tapşırılmalı, sükançı o olmalıdır! Bu mənada Siz bu gün Siyasət Gəmisində Yurdun Atası missiyasını həyata keçirirsiniz! Sizə eşq olsun!

Bu gün Sizin Ata amalınız, Ata əməliniz qalib gəlir!

30 il Qobustan, Azıx qədimliyimizdə at oynadan, torpaqlarımızı işğal murdarlığı ilə ləkələyən, ucalıqlarımızda yağılıq, alçaqlıq, qəddarlıq, faşizm, vandalizm vəhşiliyi yaradan, soykökü, milli tarixi, dövlətçiliyi heç vaxt olmayan, tarixi torpaqlarımızda imperiyaların nökərinə, quluna çevrilərək Ermənistan dövləti quran hərbi cinayətkar, terrorçu erməni hakimiyyətinin Qarabağ istəyi gözündə qaldığı üçün, Oktyabr ayının 10-nu və 17-sində döyüş aparılan ərazidən 70 km. aralıda yerləşən ikinci mədəniyyət paytaxtımız Gəncə şəhərini Ermənistan ərazisindən qadağan olunmuş, böyük dağıdıcı gücə malik Skud raketləri ilə bombalayaraq Xocalı faciəsindən sonra ikinci dəfə soyqırım əməli törətmişdir.

Əlbəttə ki, son nəfəsində olan düşmənin bu bəşəri cinayəti tarixin bütün çətin anlarnda belə qürurlu görünən gəncəlilərdə qorxu xofu, ruh düşgünlüyü  yarada bilməz. Əksinə, düşmənin bu qəddar hərəkəti milli birliyimizi, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşdirməyi reallaşdırdı, biz daha çox mübarizləşdik, daha çox gücləndik.

İndi Bizim Zaman Üzərində Ucalmaq Çağımızdır.

Bu ucalığın adı Ali Baş Komandanımız İlham Əliyevdir!

Biz Gəncədə fəaliyyət göstərən mətbu orqanların rəhbərləri tarixi qələbələrimiz münasibətilə Sizə, əziz Prezidentimizə, Azərbaycan xalqının qəhrəman oğluna təşəkkürlərimizi yetiririk!

Yaşasın Müstəqil Azərbaycan!

Yaşasın İlham Əliyev!

Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

  1. Bahəddin Həsənov – “Tele-İnform Xəbərlər Mərkəzi”nin baş direktoru:
  • İsrəfil Zeynalov – “Kür İnformasiya Agentliyi”nin baş direktoru                                                                     
  • Qorxmaz Səmədov – “Azərbaycan Müjdələri” qəzetinin baş redaktoru:
  • Aydın Hacıyev (Murovdağlı)  – “Qanun və Səlahiyyət qəzeti”nin baş redaktoru:
  • Nürəddin Heseynov – “İnsan və Qanun jurnalı”nın baş redaktoru:
  • Ruhin İsayev – “Məşəl” qəzetinin baş redaktoru:

Yenilənib

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 353
  • 127
  • 6,879
  • 21,212
ILK-10 Azeri Website Directory