İsrail səfiri Gəncəyə gəlib

IMG 6168

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə gəlib. Corc Dik Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raketlər nəticəsində dağılan ərazilərə baş çəkib. O, mövcud vəziyyətlə yerində tanış olub, həmçinin erməni terroru nəticəsində ölən və yaralananların yaxınları ilə görüşüb.

Diplomat Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində evləri dağılan şəxslərin müvəqqəti yerləşdirildikləri yataqxanada da olub, onlarla söbət edib.

“Biz, israillilər üçün bu hisslər, müharibə və hücumların nəticələri yad deyil. Xüsusilə milliyyətindən, etnik mənsubiyyətindən və dinlərindən asılı olmayaraq mülki vətəndaşlar hücum məruz qalan zaman”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələri endirilən Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Mən şəhər sakinləri ilə görüşmək üçün Gəncəyə gəldim və raket hücumlarından sonra buradakı dəhşətli dağıntıları gördüm. Azərbaycan xalqına və Gəncə sakinlərinə, həlak olanların yaxınlarına başsağlığı verirəm, yaralıların tezliklə şəfa tapmasını arzulayıram. İnsanlarla danışdım, onların başına gələnləri dinlədim, bu, ürəkağrıdıcıdır. Bu, qəbuledilməzdir. Hər bir qurbanın önəmi var. Heç kim bu cür fəsadlarla yaşamamalıdır. Heç kim gecə yuxuda olarkən yaxınlarını, qohumlarını və qonşularını itirməməlidir”, – o bildirib.

Diplomat həmçinin qeyd edib ki, İsraillə Azərbaycan arasındakı əlaqələr kökləri tarixin dərinliklərinə gedib çıxan və müxtəlif əməkdaşlıqlarla əks olunan dostluq münasibətləridir. “Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk. Bu səbəbdən də bu gün buraya gəlmişəm. Özümüzlə sakinlər üçün humanitar yardım da gətirmişik”, – o vurğulayıb.

Gəncədən sonra səfir Mingəçevirə səfər edəcək.

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin Gəncə və Mingəçevirə səfər etməsinin məqsədi dinc əhaliyə qarşı törədilmiş raket zərbələrinin nəticələri ilə yaxından tanış olmaq, habelə zərərçəkənlərə humanitar yardım göstərməkdir. 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 6
  • 5
  • 432
  • 1,568
ILK-10 Azeri Website Directory