Məktəb direktorları ilə onlayn görüş

Məktəb direktorları ilə onlayn görüş<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, görüşdə BŞTİ-nin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan BŞTİ-nin sektor müdiri Fuad Babayev Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq noyabrın 2-dən tədrisin distant qaydada təşkil olunmasında məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. 

F.Babayev “Microsoft Teams” platformasında yaradılmış imkanlardan bəhs edib. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının əsas hədəflərdən biri olduğunu xatırladan sektor müdiri distant tədris prosesinin təşkilində müəllimlərin səylə çalışmasının vacibliyini diqqətə çatdırıb. 

Görüşdə çıxış edən İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov ölkəmizdə pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığının prioritet məsələ kimi daim öndə olduğunu vurğulayıb. Sektor müdiri tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn tələblərə əməl olunmasında şagird və valideynlərin maarifləndirilməsi baxımından pedaqoji kollektivlərin üzərlərinə düşən missiyasının layiqincə dəyərləndirmələrinin vacibliyini bildirib. 

B.Məmmədov şagirdlərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi və “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan teledərslərə diqqətinin artırılması üçün müəllim və valideynlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Distant təhsilə cəlb olunma səviyyəsinə ciddi nəzarət etməyi tövsiyə edən sektor müdiri, həmçinin Vətən Müharibəsi ilə bağlı qeyri-rəsmi, təsdiq olunmamış məlumatların sosial şəbəkə səhifələrində paylaşılmaması, ancaq rəsmi məlumatlara istinad edilməsinin zəruriliyinə diqqət çəkib.

Sonda evdə təhsilin təşkili, günüuzadılmış qruplar və dərnəklərin fəaliyyəti, məktəbəhazırlıq qruplarında məşğələlər, jurnalların yazılması və digər mövzularla bağlı məktəb direktorlarının sualları cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2020
S M T W T F S
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 72
  • 29
  • 406
  • 1,663
ILK-10 Azeri Website Directory