Rusiyalı hərbçilər Azərbaycana gəlməyə hazırlaşır – SƏBƏB

Rusiyalı hərbçilər Azərbaycana gəlməyə hazırlaşır - <b style="color:red">SƏBƏB</b>

Rusiyalı hərbçilər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi fəaliyyətə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzində işə başlayır.

525.az APA-ya istinadən xəbər verir ki, rusiyalı hərbçilər atəşkəs rejiminə nəzarətlə bağlı vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycana gəlməyə hazırlaşırlar.

Bildirilib ki, hazırlıq zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, onun işinin təşkili qaydasını, eyni zamanda, tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Qeyd olunub ki, Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün hərbi fəaliyyətlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcəklər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 43
  • 16
  • 5,174
  • 10,463
ILK-10 Azeri Website Directory