“Şuşa şəhəri tez bir zamanda özünün şöhrətini geri qaytaracaq”

"Şuşa şəhəri tez bir zamanda özünün şöhrətini geri qaytaracaq"<b style="color:red"></b>

“Hazırda qarşımızda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsidir. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra əsas missiyamız bundan ibarətdir”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, artıq həmin ərazilərdə quruculuq işlərinə başlanılıb və bütün bu işlər cənab Prezidentin nəzarəti altında həyata keçirilir. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində də bu məsələləri bir daha diqqət mərkəzində saxladı. Qeyd etmək lazımdır ki, erməni işğalından azad olunmuş ərazilərdə bütün məsələlər düşünülmüş, planlı şəkildə, ardıcıllıqla, ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilir. Azad edilmiş torpaqların bərpası ilə bağlı cənab Prezident tərəfindən bir çox önəmli qərarlar qəbul edilib. Dövlətimizin başçısının Sərəncamı ilə həmin ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi üçün Əlaqələndirmə Qərargahı yaradılıb. Bildiyiniz kimi bu gün də Əlaqələndirmə Qərargahının geniş miqyaslı növbəti iclası keçirilmişdir.

Eyni zamanda, cənab Prezident tərəfindən işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, işin səmərəliliyin artırılması məqsədilə Xüsusi Nümayəndəliklər təsis olunması nəzərdə tutulub. Bu yaxınlarda ilk olaraq Şuşa şəhərinə Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Bu da onu göstərir ki, həqiqətən də aparılan bütün işlər dövlətin xüsusi nəzarətindədir.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev müsahibəsində işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləcək işlərin ardıcıllığını da göstərdi. İlk növbədə, ərazilər minalardan təmizlənməlidir. Bu, böyük bir prosesdir, ona görə də müəyyən vaxt aparacaq. Mina təmizləməklə bağlı işlər başa çatandan sonrakı mərhələ işğal nəticəsində dəymiş ziyanın qiymətləndirilməsidir. Bu çox vacib məsələdir, çünki bizim gələcəkdə təzminat tələbimiz üçün istifadə olunacaq. Sonra isə infrastruktur layihələri icra edilməlidir. Qurumlar bu istiqamətdə işləyirlər, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bütün şəhərlərin baş planları hazırlanır. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları da inşa olunmalıdır.

Dövlət başçısı tərəfindən xüsusilə vurğulandı ki, bütün təkliflər, bütün təşəbbüslər Əlaqələndirmə Qərargahına göndərilməlidir. O torpaqları, əraziləri kim necə istəyir elə  bərpa edə bilmərik.

Xüsusilə də Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi hesab edilən, mədəniyyət paytaxtı elan olunmuş Şuşada elə quruculuq bərpa işləri həyata keçirilməlidir ki, bu şəhər nəinki Azərbaycanın, bölgənin, bəlkə də, dünyanın mədəniyyət mərkəzlərində birinə çevrilsin. İnanırıq ki, cənab Prezidentin xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tez bir zamanda özünün şöhrətini geri qaytaracaq və bütövlükdə ölkəmizin ən gözəl guşəsinə çevriləcək”, -deyə Fatma Yıldırım söyləyib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 56
  • 9
  • 18,887
  • 34,193
ILK-10 Azeri Website Directory