Milli qəhrəman M.İbrahimovun şərəfinə poçt markası buraxılıb

“Azərbaycan -Ukrayna ” Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun təşəbbüsü ilə Azərbaycanın milli qəhrəmanı M.İbrahimovun şərəfinə poçt markası buraxılıb.
Alyansdan 525.az-a verilən məlumata əsasən, Ukraynada milli qəhrəmanın şərəfinə buraxılan poçt markası artıq istifadədədir.
“Mübariz İbrahimov Azərbaycan xalqının layiqli oğludur və mənim məqsədim Ukrayna cəmiyyətinə onun barəsində bütün məlumatı, qəhrəmanlıqlarını çatdırmaqdır”, – deyə Alyansın rəhbəri Elmar Məmmədov qeyd edib. O, həm də bildirib ki, M.İbrahimov tək Azərbaycanda yaşayan insanların deyil, həm də bütün dünya azərbaycanlıların qəhrəman oğludur.
Xatırladaq ki bu yaxınlarda beynəlxalq Alyans “Azərbaycan -Ukrayna” həm də M.İbrahimov adına medal da təsis edib. Onun şərəfinə buraxılan poçt markası alyansın növbəti təşəbbüsüdür.