Nazirlikdən əsirlikdən azad edilən Bayram Kərimovun ailəsinə dəstək

Nazirlikdən əsirlikdən azad edilən Bayram Kərimovun ailəsinə dəstək<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən Müharibəsi iştirakçısı, ötən ilin dekabr ayında Ermənistanın əsirliyindən azad edilən  Kərimov Bayram Yaşar oğlunu (Gəncə şəhəri) evində ziyarət ediblər.

Nazirlikdən 525.az-a verilən məlumata görə, ailənin sosial vəziyyəti öyrənilərkən qazinin atasının hazırda işlədiyi, qardaşının da artıq işə başlamaq ərəfəsində olduğu müəyyən olunub.  Əmək qabiliyyətli digər ailə üzvlərinin məşğulluq məsələlərinin həlli məqsədilə ailə  özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində onlar üçün kiçik ailə müəssisəsi yaradılacaq.

Əsirlikdə olarkən işgəncələrə məruz qalmış Bayramın əlilliyinin qiymətləndirilməsi də nəzərdə tutulur. Əlillik dərəcəsi təyin edildiyi halda birdəfəlik sığorta ödənişi, aylıq sosial ödənişlərlə təmin olunacaq.

Bundan əvvəl isə Nazirliyin dəstək tədbirləri çərçivəsində qazinin özü və ailə üzvləri sosial-psixoloji dəstəklə də əhatə olunub. Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 39
  • 15
  • 5,170
  • 10,459
ILK-10 Azeri Website Directory