İtkin düşmüş erməni əsgərlərin valideynləri zabiti döyüblər

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra övladlarından hələ də bir xəbər ala bilməyən erməni əsgərlərin valideynləri hərbi hissəyə hücum ediblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, döyüşlərdə itkin düşmüş erməni hərbçilərin valideynləri tez-tez Ermənistanda etiraz aksiyaları keçirirlər. Bu günlərdə keçirilən etiraz aksiyasının qurbanı hərbi hissənin həkimi olub.

Övladları haqqında məlumat almaq istəyən əsgər valideynləri hərbi hissəyə gəliblər. Komandanlıq tərəfindən laqeydliklə qarşılaşan valideynlər hərbi hissənin ərazisinə daxil olublar. Burada baş verən qarşıdurma zamanı valideynlər tibb məntəqəsinin rəisi Armen Qidanyanı döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Hərbçi A.Qidanyan aldığı xəsarətlərlə əlaqədar tibb müəssisəsinə yerləşdirilsə də, komandanlıq faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 62
  • 10
  • 18,893
  • 34,199
ILK-10 Azeri Website Directory