“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə  521, № 7, maddə 831, № 9, maddə 1136) aşağıdakı dəyişikliklər edilsin:

1.  1.1.22-ci maddəyə “uşaqlar,” sözündən sonra “şəhid ailəsinin üzvləri,” sözləri əlavə edilsin.

2.  20.3-cü maddəyə “şəxslər” sözündən sonra “, habelə şəhid ailəsinin üzvləri” sözləri əlavə edilsin.

3.  24.9-cu və 25.5-ci maddələrə “uşaqlara,” sözündən sonra “şəhid ailəsinin üzvlərinə,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2021-ci il

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 345
  • 126
  • 6,871
  • 21,204
ILK-10 Azeri Website Directory