Gəncə baharın gəlişinə hazırlaşır

Baharın təravətli nəfəsini duymağımıza az qalıb. Nizami Gəncəvi gözəl deyib:

“Yaşıllıq hər şeyin təravətidir,
Yaşıl rəng gözləri işıqlı edir.
Bitki yaşıllıqla həmahəng olar,
Cavanlıq hər zaman yaşıl rəng olar”.

Bir neçə müddət sonra təbiət yaşıla bürünüb, dahi şairin də dediyi kimi, cavanlıq çağlarını yaşayacaq. Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində Gəncə baharın gəlişinə hazırlaşır. Havaların son günlər mülayim keçməsi hazırlıq prossesini daha da sürətləndirib. Şəhərin müxtəlif ərazilərində yaşıllaşdırma və təmizlik işləri aparılır.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən həyata keçirilən işlər zamanı yaşıllıqlara qulluq göstərilir, ağacların qurumuş budaqları budanır, zədələnmiş və ya qırılmış səki daşları yenisi ilə əvəzlənir, küçə işıqlandırma sistemindəki təmirə və yenilənməyə ehtiyac olan avadanlıqlar dəyişdirilir və təmir olunur.

Qeyd etmək lazımdır ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov görülən işləri nəzarətdə saxlayır, müntəzəm olaraq təmizlik işlərinin həyata keçirildiyi ərazilərə baş çəkir. Şəhər rəhbəri bu gün də Gəncənin fərqli ərazilərində aparılan işlərlə yerində tanış olub, iş icraçıları ilə görüşüb, onlara öz tapşırıq və tövsiyyələrini verib.

Həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri müntəzəm olaraq davam etdiriləcək.

Yeganə Qurbanova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 75
  • 11
  • 18,906
  • 34,212
ILK-10 Azeri Website Directory