Göygöl: Vətən müharibəsinin qazisi yeni vəzifəyə təyin olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə təyinat olub.

Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı,  başçının birinci müavini Turani Əliyevin müvafiq əmrinə əsasən, Vətən müharibəsinin iştirakçısı ehtiyatda olan mayor, 1964-cü il təvəllüdlü Balayev Sərdar İsmixan oğlu həmin vəzifəyə təyin olunub.
S.Balayev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini 1988-ci ildə bitirib. I-ci Qarabağ müharibəsinin iştirakçısıdır, 1993-2001-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində divizion komandirinin  müavini, divizion komandiri vəzifələrində xidmət edib. Kəlbəcər, Goranboy, Tərtər, Ağdam, Füzuli rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşdə yaralanıb, ikinci dərəcəli müharibə əlilidir. Müdafiə nazirliyi tərəfindən medallarla təltif olunub. Ailəlidir, 4 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Göygöl Rayon İcra Hakimiyyətinin kollektivi adından Sərdar Balayevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 148
  • 45
  • 4,130
  • 22,192
ILK-10 Azeri Website Directory