Samux: RTŞ-nin rəhbərliyi, şöbənin əməkdaşları və məktəb direktorlarının iştirakı ilə onlayn Təhsilyanı Şura iclası keçirilib

Samux Rayon Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və rayon ümumi təhsil məktəblərinin iştirakı ilə onlayn Təhsilyanı Şura iclası keçirilib.
İclasda mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq sanitar – gigiyenik tələblərə əməl oluması, əyani və distan dərslərin təşkilində təlimatlara uyğun şərtlərin diqqət mərkəzində saxlanmasına, dərs cədvəllərinin düzgün tərtib olunmasına, sinif jurnallarında keçirilmiş summativ qiymətləndirmələrin düzgün  aparılması qaydalarına, məktəblərdə direktor və müavinlərin, psixoloq, UBTR, kitabxanaçıların  vəzifə funksiyalarına, məktəbin Fəaliyyət Planına, iş planlarına uyğun işləmələrinə, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində mövzular diqqət mərkəzinə çatdırılıb.

Məlumat üçün bildirək ki, Samux Rayon Təhsil Şöbəsinin tabeliyinə  1-i ibtidai, 11-i ümumi orta və 23-ü tam orta olmaqla 35 ümumi təhsil məktəbi daxildir.
Sonda Samux RTŞ-nin müdiri xanım Nurlana Həsənova məktəb direktorlarına tövsiyyə və tələblərini bildirərək onlara işlərində uğurlar arzulayıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 155
  • 45
  • 4,137
  • 22,199
ILK-10 Azeri Website Directory