Ağstafa: Müəllim, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Əmirxan Əhmədov: Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımız yenidən cənnətə çevriləcək

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işağaldan azad olunmuş torpaqlarımıza növbəti səfərləri  Zəngilan, Laçın və Cəbrayıl rayonlarına olub.

Müzəffər rəhbərimizin bu tarixi səfərləri də hər bir soydaşımız kimi, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, hazırda Ağstafa şəhər 2 saylı tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənn rəhbəri işləyən Əmirxan Əhmədovda böyük qürur hissləri doğurub.

Ağstafalı yeniyetmə və gənclərə hərbi vətənpərvərlik  hisslərinin aşılanmasında böyük pay sahibi olan ziyalı bildirib ki, düşmən tapdağından azad etdiyimiz Qarabağaımızın yenidən cənnətə çevrilməsi üçün dövlətimizin başçısı tərəfindən bütün göstərişlər verilib. Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı bildirdiyi kimi torpaqların bərpası prosesi artıq başlamış, bu istiqamətdə azad olunmuş bütün şəhərlərin baş planlarının hazırlanması işinə start verilmişdir. Dövlət başçısının təşəbbüsü və tapşırığı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılmasının nəzərdə tutulması böyük əhəmiyyət kəsb edir. Artıq “İlk Ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilməyə başlamış , Laçın rayonunun Güləbirt kəndində su elektirik stansiyası inşa edilmiş , 7 min hektar sahədə əkin işləri aparılmışdır, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün müvafiq işlər görülmüşdür. Bütün bu addımlar məcburi köçkün düşmüş soydaşlarımızın yenidən öz doğma yurd-yuvalarına qısa müddətdə qayıtmasına öz töhvəsini verəcəkdir. Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqla Azərbaycanı növbəti təxribatlara çəkməyə,  müharibə ilə hədələməyə çalışırlar. Lakin cənab Prezidentin bildirdiyi kimi biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq, canlı qüvvə və texnika baxımından düşmən böyük itkilər vermişdir. Biz heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha baş qaldırsın. Əmin olduğumu bildirirəm ki, döyüş meydanında qazandığımız qələbə daimi olacaq, bölgədə sabitlik və sülh təmin olunacaq. Bizi heç kim bundan sonra bu torpaqlardan tərpədə bilməz. Bizim qələbəmiz tarixi qələbədir.
Ə.Əhmədov  keçmişin səhflərinə də münsibətini bildirib: “1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün sonra Laçının işğal altına düşməsi Azərbaycan üçün çox böyük məğlubiyyət idi. Təəssüf ki, həmin dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək məqsədilə xəyanət edərək bu torpaqları düşmənlərə satmışdır. Şuşa və Laçın rayonunun müdafiəsini təşkil etməmişlər.Bundan sonra Kəlbəcərdə işğal altında düşmüşdür.Azərbaycan xalqı bu tarixi , bu düşmənləri unutmamalıdır. Həmin torpaqlar məhz Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə azad edilmişdir. Qarabağ həmişəlik Azərbaycan olaraq qalacaqdır.”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 73
  • 11
  • 18,904
  • 34,210
ILK-10 Azeri Website Directory