Samux: Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq

Dövlət başçısının işğaldan azad ounmuş hər bir səfəri isə ayrıca önəm daşıyır. Əvvəla, ermənilər tərəfindən dağıdılmış, talan edilmiş şəhər və kəndlər abadlaşır, bunun üçün yeni təməllər qoyulur, açılışlar həyata keçirilir. Bu səfərlər digər bir tərəfdən isə düşmənlərimizin məğlubiyyət yanğılarını daha da körükləyir.
Fevralın 14-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri də bu nöqteyi-nəzərdən olduqca əhəmiyyətli idi. Dövlət başçısı ilk olaraq Füzulidə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu, sonuncu Moskva bəyanatında nəzərdə tutulan Qarabağın nəqliyyyat infrastrukturunun yenidən qurulması işlərinin artıq başladığını göstərdi.

Ardınca Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndinə gəldi. Bu gəlişin səbəbi isə qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışı idi. Odur ki, dövlət başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və sözügedən su elektrik stansiyasını işə saldı. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır. Təbii ki, bölgədə digər belə stansiyalar da tikiləcək. Çünki azad edilmiş bütün torpaqlarda su, Günəş, külək enerjisindən istifadə üçün geniş imkanlar var.
             Dövlət başçısı məhz Güləbirddən bir sıra mesajlar verdi, Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Prezident İlham Əliyev Ermənistana növbti dəfə kəskin xəbərdarlıq etmiş oldu. Çünki bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa cəhd göstərir. Onlar Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Ona görə də dövlət başçısı bir daha onların diqqətinə çatdırdı ki, Azərbaycan hər şeyə diqqət yetirir, hər şeyə nəzarət edir və heç vaxt imkan verə bilməz ki, erməni faşizmi bir daha başını qaldırsın.
             Ali Baş Komandanın budəfəki Qarabağ səfərinin əsas istiqamətlərindən biri də bu torpaqlarda quruculuq və kənd təsərrüfatı işlərinin aparılması, bunun üçün yerindəcə konkret tapşırıq və tövsiyələrin verilməsi idi. Dövlət başçısı burada görüləcək bir sıra mühüm işlərin anonsunu da verdi. Bildirdi ki, düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik. Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq, görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.
             Həmçinin, məlum oldu ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilməsi üçün artıq xüsusi tapşırıqlar verilib. Məhz bu tədbirlərdən sonra 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.
             Beləliklə, dövlət başçısının “Qarabbağı cənnətə çevirəcəyik” ifadəsi artıq real icra prosesindədir. Şübhə yoxdur ki, olduqca sürətlə aparılan və qısa müddətdə – 44 günə düşmənin diz çökməsi ilə nəticələnən Vətən müharibəsi kimi, Qarabağın bərpası da eyni sürətlə aparılacaq və ən qısa zamanda illərdir gözlədiyimiz “Böyük Qayıdış” baş tutacaq.

Samux rayon Gənclər və İdman
idarəsinin rəis müavini
Rasim İmamquliyev

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Fevral 2021
S M T W T F S
 123456
78910111213
14151617181920
21222324252627
28  
Statistika
  • 0
  • 51
  • 17
  • 5,182
  • 10,471
ILK-10 Azeri Website Directory