Xətai: Xocalı parkında abadlıq işləri yekunlaşmaq üzrədir

Xocalı faciəsinin 29-cu  ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Ana fəryadı abidəsinin yerləşdiyi parkda abadlıq işləri  yükunlaşmaq üzrədir.

  Azərbaycan xalıqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan  “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Sonralar isə həm abidə kompleksin özündə, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. Bu işlər çərçivəsində abidənin postamenti hündürləşdirilib, “Ana fəryadı” heykəlinin mövzusu saxlanılmaqla forması yeniləşdirilib.

Faciə zamanı qətlə yetirilmiş 613 şəhidin adları qranit lövhələr üzərinə həkk olunub. Park-xiyaban və abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təchiz olunub. Günlüklər, oturacaqlar quraşdırılıb. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

  Bu il də Xətai rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Parkın ərazisinin yaşıl örtüyü yenilənmişdir. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə işləri, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılmışdır. Ümumilikdə  Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində  gül və gül kollarının əkilməsi üçün 60.000 ədəd gül sifariş olunmuşdur. Türkiyə Respublikasından 3000 ədəd dekorativ gül kolları  gətirilmişdir.  Yolboyu divarlara və binaların fasadlarına qanlı faciəni əks etdirən bannerlərin yerləşdirilməsi işləri tamamlanmışdır. Xocalı soyqırımı haqqında kütləvi çap olunacaq broşüraların eskiz layihələri hazırlanmış, mətbəəyə təqdim olunmuşdur. Xocalı prospekti boyu yerləşən binaların fasadlarının təmizlənməsi, səkilərin  yuyulması işləri həyata keçirilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 79
  • 12
  • 18,910
  • 34,216
ILK-10 Azeri Website Directory