Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb<b style="color:red"></b>

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığısilah-sursatın aşkar edilməsi istiqamətində tədbirlərdavam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatanlar və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngləri, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 382
  • 140
  • 6,908
  • 21,241
ILK-10 Azeri Website Directory