Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqaləsi Misirin 25-dən çox KİV-də, o cümlədən “Youm7” qəzeti, “Asiyaelyoum” informasiya agentliyi”, “Aldiplomasy”, “Embassiesnews”, “Alkhabaralyoum”, “El-Qahranews”, “Egyvote”, “Rayetmisr”, “Tahyamasr”, “Alwasela”, “Elghad”, “Aldawlanews”, “Alnaasher”, “Elmasryeldemokraty”, “Garbnews”,” Nabd-alwatan”,“Elkhabarelhadef”, “Aladwaaeg”, “Misrlibya”, “Elamwal”, “Nile1”, “Sotbaladna” portallarında yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Vətən müharibəsində ölkəmizin qazandığı Qələbədən bəhs edilir, Xocalı soyqırımının 29-cu ildönümünün bu il Azərbaycanda ötən illərlə müqayisədə fərqli şəkildə anıldığı, müharibədən qalib çıxmış xalq və ölkədə Zəfər abu-havasının yaşandığı vurğulanıb.

Müəllif yazır: “2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz döyüş meydanında işğalçı dövlətin silahlı qüvvələrinə qarşı vuruşaraq Zəfər çalıb. Müzəffər Ordumuz müharibə vaxtı Ermənistan silahlı qüvvələrinin Tərtər, Gəncə, Bərdə, Mingəçevir, Ağdam şəhərlərinə raket hücumları nəticəsində dinc əhalinin şəhid olmasının cavabını döyüş meydanındakı rəşadəti ilə verdi. Bu şanlı Zəfər ilə həm erməni işğalına, həm də erməni faşizminə son qoyuldu”.

Məqalədə, həmçinin 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səylərinin heç bir nəticə vermədiyi, bu müddət ərzində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyi diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın işğalçı dövlətin təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyat nəticəsində BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarları icra edildi və torpaqlarımız işğaldan azad olundu.

Diplomatımızın məqaləsində misirli oxuculara Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 152
  • 45
  • 4,134
  • 22,196
ILK-10 Azeri Website Directory