Samux: Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə fevralın 26-da Samux rayonunda  ağacəkmə aksiyası təşkil olundu.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 şam və digər həmişəyaşıl ağaclar əkildi.

Aksiyada rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, gənc fəallar iştirak ediblər. Ağaclar Samux şəhərindəki Kür avtomobil yolunun kənarına əkilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 19
  • 7
  • 6,757
  • 23,630
ILK-10 Azeri Website Directory