Xocalı soyqırımı dünyanın diqqətində

AZƏRBAYCAN DÖVLƏTİ BEYNƏLXALQ İCTİMAİYYƏTİN BU DƏHŞƏTLİ SOYQIRIMI TANIMASI ÜÇÜN ARDICIL ADDIMLAR ATIR

Xocalı soyqırımı dünyanın diqqətində<b style="color:red"></b>

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı qətliamına bu şəkildə – son dərəcə dəqiq və qətiyyətli münasibət bildirən böyük dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyev Xocalı soyqırımına əsaslı hüquqi-siyasi qiymət verilməsi üçün müstəsna işlər gördü. Ulu öndərimiz Heydər Əliyev 1994-çü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzaladı. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olundu, bu barədə beynəlxalq təşkilatlara məlumat verildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımı ilə bağlı çıxışlarının birində erməni vəhşiliyinin bu çox dəhşətli, son dərəcə qanlı səhifəsi barədə demişdir:

“Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyidləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur”.

Məumdur ki, Azərbaycan xalqı 200 ildən çox ərzində öz taririxi torpaqlarında erməni şovinistlərin soyqırım siyasətinə məruz qalıb. Azərbaycanlılar doğma yurdlarından qovulub, qaçqınlıq və məcburi köçkünlüyə məhkum edilib, ermənilər tərəfindən kütləvi qırğınlar törədilib. 1918-ci ildə tərkibi, əsasən, ermənilərdən ibarət olan Bakı Kommunasının himayəsi ilə Bakı quberniyasını “azərbaycanlılardan təmizləmək” məqsədi ilə yırtıcı plan həyata keçirildi. On minlərlə dinc əhali qətlə yetirildi, yaşayış məntəqələri, tarixi və mədəniyyət abidələri, məscidlər və məktəblər dağıdıldı. Azərbaycanın əksər ərazilərində də ermənilər dinc azərbaycanlı əhaliyə divan tutdular. Azğın ermənilərin bu yırtıcı şovinist siyasəti sovet dövründə də davam etmişdir. 1920-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verildi və beləliklə, qədim Azərbaycan torpağı Naxçıvan Vətənimizin qalan hissəsindən ayrı salındı, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradıldı. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı ailəsi yurdlarından qovulmuş, deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdi. 1988-ci ildən Ermənistan tərəfindən öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən didərgin salınmışdı.

1905-ci ildən Azərbaycan torpaqlarının işğalına susayan  erməni qəsbkarları XX əsrin sonunda, 1988-ci ildə, Qarabağda, “dənizdən dənizə böyük Ermənistan” ideyasını reallaşdırmaq niyyəti ilə, fəallaşmağa başlayır.
Ermənistan Dağlıq Qarabağı hər hansı yolla olursa, olsun, özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliklərə hazır idi.

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, məhz, erməni aqressiyasının və cinayətkar siyasətinin dəhşətli nəticəsidir.

Xocalını viran etməkdə Ermənistanın məqsədi Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrini Yer üzündən silmək idi.

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış o dəhşətli gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmş 366-cı motoatıcı alayın zirehli texnikasının və əksəriyyəri ermənilərdən olan hərbçilərin köməyi ilə Xocalı sakinlərinə qarşı amansız soyqırım qətliamı etmiş, qədim Azərbaycan şəhərini viran qoymuşlar.

Erməni silahlıları əvvəlcə Xocalını toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutaraq darmadağın etmiş, sonra isə piyada cəlladlar bir neçə istiqamətdən şəhərə girmiş, sağ qalmış sakinlərə vəhşicəsinə divan tutmuş, yandırmışlar.

Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə öldürmüşlər. Qətlə yetirilən əhalinin böyük əksəriyyəti qocalar, qadınlar və uşaqlardan ibarət idi.

Azğınlaşmış erməni cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışdılar. 1275 nəfər itkin düşmüş və girov götürülmüş, 10 min əhalisi olan şəhər talan edilmiş, tikililər yandırılıb dağıdılmışdı. Həmin insanlardan yüzlərcəsinin taleyi bu gün də məlum deyildir.

Çox təəssüflər olsun ki, dünya ictimaiyyəti vaxtilə bu qorxunc faciəyə tutarlı münasibət bildirməyib, lazımi səviyyədə qiymət verməyib, qatillərin cəzalandrılması üçün tədbirlər görməyib.
Lakin son dövrdə bu istiqamətdə misilsiz dərəcədə əhəmiyyətli işlər aparılmaqdadır. Azərbaycan dövlətinin rəhbərliyi Xocalı həqiqətlərinin dünyaya çatdırılması, günahkarların lənətlənməsi və cəzalandırılması üçün təsirli tədbirlər görməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ardıcıl təşəbbüsləri və həyata keçirdikləri tədbirlər sayəsində Xocalı soyqırımı dünya ölkələri tərəfindən tanınmaqda, cinayətkarlar qətiyyətlə pislənməkdədir. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Bu anım tədbirlərində Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan münaqişələriinin tarixinə aid sənədli filmlər nümayiş etdilir, foto və rəsm sərgiləri təşkil olunur, tədbir iştirakçilarına ermənilərin vəhşilikləri əks etdirilən materiallar, kitablar, fotoalbomlar, video-disklər təqdim edilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və fəaliyyəti nəticəsində qurulan “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası dünyada Xocalı faciəsinin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün həyata keçirilən ən mühüm layihələrdən biridir.

Kampaniya Xocalı soyqırımının dünyada tanınması istiqamətində təşkil edilən tədbirlərdə əsas diqqəti kütləvi qırğınlara, etnik təmizləmə və irqi, dini ayrı-seçkilik hallarına qarşı müqaviməti nümayiş etdirməyə, Xocalıda azərbaycanlılara və Azərbaycan mədəniyyətinə qarşı törədilmiş cinayət və vandalizmə cəzasızlıq halları ilə mübarizəyə yönəltmişdir.

Kampaniya bir çox ölkələrdə bu günlərdə də ciddi və təsirli şəkildə fəaliyyət göstərir. Ən yaxın günlərdə Parisdə və Moskvada, ABŞ-ın bir neçə şəhərlərində “Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımı qurbanlarının anım tədbirlərini keçirmişdir.

İnanırıq ki, dövlətimizin təşəbbüs və dəstəyilə həyata keçirilən davamlı tədbirlər Xocalı soyqırımızın bütün dünya tərəfindən tanınması, erməni cinayətkarların qəti şəkildə cəzalandırılması ilə nəticələnəck və haqq-ədalət öz yerini tapacaq.

Leyla GƏRAYZADƏ
Bakı Dövlət Universitetinin professoru

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 11
  • 5
  • 6,749
  • 23,622
ILK-10 Azeri Website Directory