KİV-dəki qüsurlara görə kimlər cərimələnəcək?

KİV-dəki qüsurlara görə kimlər cərimələnəcək?<b style="color:red"></b>

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi KİV-də aşkarlanan qüsurlara görə kimlərin cərimələnəcəyini açıqlayıb.

525.az-ın məlumatına görə, mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq olunacaq: “Məqsədimiz cərimələmək deyil. Amma xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, cərimə aparıcılara, jurnalistlərə tətbiq olunmayacaq. Həmin şəxslərin çalışdığı qurum cərimələnəcək”.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 12,991
  • 87
  • 20,368
  • 34,292
ILK-10 Azeri Website Directory