Goranboy: Goran Regional Aqrotexnika Mərkəzində yerli fermer və sahibkarlarla birgə kənd təsərrüfatı toplantısı keçirildi

Goranboy rayonunda fəaliyyət göstərən Goran Regional Aqrotexnika Mərkəzində rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, rayonun bəzi inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələri, bir qrup   fermərlər ilə  birgə kənd təsərrüfatı toplantısı keçirildi.Toplantıda  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak etdi.
Keçirilən toplantıda kənd təsərrüfatı maşınları, texnikaları və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan Aqrotexnika Mərkəzinin mövcud potensial  imkanlarından fermerlərin kənd təsərrüfatı işlərində,

xüsusən də mövsümi yaz əkini və səpini işlərində maksimum yararlanması, dövlətimiz  tərəfindən fermer və sahibkarlara göstərilən hərtərəfli qayğı və imkanlardan; güzəştli aqro kreditlərdən, aqrotexniki xidmətlər və kənd təsərrüfatı subsidiyalarından səmərəli faydalanması istiqamətlərində müzakirələr aparıldı. Yüksək işgüzarlıq və qarşılıqlı dialoq çərçivəsində keçirilən toplantıda qeyd olunan sahələrdə səmərəliliyin və faydalılığın daha da artırılması ilə  bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyyələr bildirildi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 18
  • 7
  • 6,756
  • 23,629
ILK-10 Azeri Website Directory