Gənc alim Fəxri fərmanla təltif olunub

Gənc alim Fəxri fərmanla təltif olunub<b style="color:red"></b>

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli akademiyanın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

525.az xəbər verir ki, AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə mükafata layiq görülən gənc alim öz sevinc hisslərini bizimlə bölüşüb:

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev cəmiyyətdə imkan bərabərliyinin inkişafı çərçivəsində respublikanın həyatında qadınların rolunun daha da yüksəlməsinə yönəlmiş güclü strategiyanın həyata keçirməsini təmin edir”. Gənc alim qeyd edib ki, respublikamızda qadın hərəkatının geniş vüsət alması, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişləndirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: “Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban xanım Əliyevanın öz üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir.  2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən keçirilən “Gənc qadınlar elmdə” müsabiqəsində gördüyüm işlər yüksək qiymətləndirildi, I yerə layiq görülmüşdüm. Bu il Akademiyanın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunmağım məni çox fərəhləndirdi”.

Günel Məlikli gənc qadınlara göstərilən qayğının əhəmiyyətindən də danışıb:

“Bu biz gənc tədqiqatçılara elmi araşdırmalarımızda, fəaliyyətimizə böyük töhfə verəcək”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 149
  • 45
  • 4,131
  • 22,193
ILK-10 Azeri Website Directory