ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”<b style="color:red"></b>

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşmüşəm”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik. Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür”, – deyə o bildirib.

A. Linde qeyd edib ki, 10 noyabr 2020-ci ildə atəşkəsə nail olunub, bölgədə vəziyyət dəyişib.

ATƏT sədri vurğulayıb ki, münaqişənin uzunmüddətli həlli lazımdır.

“Yaxın vaxtda Stokholmda Azərbaycanın yeni səfirini gözləyirik”.

ATƏT-in fəaliyyətdə olan sədri deyib ki, atılan addımlar siyasi və iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 192
  • 28
  • 3,355
  • 65,095
ILK-10 Azeri Website Directory