Azərbaycan son illərdə hərbi imkanlarını genişləndirib

Azərbaycan son illərdə hərbi imkanlarını genişləndirib<b style="color:red"></b>

Azərbaycan son illər ərzində əsas silahların idxalı yolu ilə hərbi imkanlarını genişləndirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında dərc olunub.

Bildirilib ki, 2016-2020-ci illərdə Azərbaycan əsas silahların 69%-ni İsraildən, 17 %-ni Rusiyadan idxal edib. Azərbaycanın İsraildən aldığı silahlar, əsasən, dronlar, ballistik raketlər, Rusiyadan aldığı silahlar isə artilleriya qurğuları və zirehli texnika olub.

Qeyd olunub ki, 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın payına düşüb.

Ermənistan Rusiyadan əsasən döyüş təyyarələri, artilleriya qurğuları, ballistik raketlər, hava hücumundan müdafiə sistemləri alıb.

Azərbaycan 2016-2020-ci illərdə Ermənistandan 2,5 faiz çox silah-sursat idxal edib.

Əsas silahların beynəlxalq transferi səviyyəsi 2011-2015-ci illərlə 2016-2020-ci illər arasında eyni qalıb.

Bildirilib ki, hesabat dövründə bəzi Körfəz ölkələri arasında regional strateji rəqabətin artması səbəbi ilə Yaxın Şərq ölkələri silah idxalını 25% artıraraq dünyanın əsas silah idxalçısı regionuna çevrilib.

Belə ki, hesabat dövründə Səudiyyə Ərəbistanının silah idxalı 61%, Misirin 136%, Qətərin 361% artıb. Səudiyyə Ərəbistanı dünyada ən çox silah idxal edən ölkə olub.

Hesabatda qeyd olunub ki, 2016-2020-ci illərdə qlobal silah satışlarında payını 32%-dən 37%-dək artıran ABŞ hələ də dünyada əsas silah ixracatçısı olan ölkə olaraq qalır. ABŞ-ın silah ixracının 47%-i Yaxın Şərq ölkələrinə olub. Təkcə Səudiyyə Ərəbistanının ABŞ-ın silah ixracındakı payı isə 24% təşkil edib.

Sənəddə o da qeyd olunub ki, ABŞ-ın silah ixracının 2011–2015-ci illərlə 2016-2020-ci illər arasında 15%-dək artması ABŞ-la ikinci əsas silah ixracatçısı olan Rusiya arasındakı boşluğu artırıb. 2011–2015-ci illərlə 2016–2020-ci illər arasında ikinci və üçüncü əsas silah ixracatçısı olan ölkələrin də satışlarında önəmli artım qeydə alınıb. Belə ki, silah ixracını 44% artıran Fransa beynəlxalq silah satışlarındakı payını 8.2%-ə yüksəldib.

Hindistan, Misir və Qətər birlikdə Fransanın silah ixracının 59%-ni qəbul edib.

Almaniya isə hesabat dövründə əsas silah ixracını 21% artıraraq, qlobal bazardakı payını 5.5%-ə çatdırıb. Almaniyanın əsas silah alıcıları Cənubi Koreya, Əlcəzair və Misir olub.

Hesabatda bildirilib ki, Çin və Rusiyanın silah satışlarında azalma müşahidə olunub. Belə ki, 2016-2020-ci illərdə qlobal bazarda payı 20% təşkil edən Rusiyanın satışları 22% azalaraq 2006-2010-cu illər səviyyəsinə qayıdıb.

Dünyanın beşinci əsas silah ixracatçısı olan Çinin 2011–2015-ci illərlə 2016–2020-ci illər arasında əsas silah satışları isə 7.8% azalıb. 2016–2020-ci illərdə Çinin qlobal silah satışı bazarında payı 5.2% təşkil edib. Çinin əsas alıcıları Pakistan, Banqladeş və Əlcəzair olub.

Sənəddə qeyd olunub ki, 2011-2015-ci illərlə 2016-2020-ci illər arasında Türkiyə silah idxalını 59% azaldıb. Qeyd olunub ki, bunun səbəbi Türkiyənin Rusiya istehsalı hava hücumundan müdafiə (HHM) sistemləri idxalından sonra ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə ixracını məhdudlaşdırması, həmçinin Türkiyənin əsas silahların yerli istehsalını artıraraq idxaldan asılılığı azaltmasıdır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 54
  • 9
  • 18,885
  • 34,191
ILK-10 Azeri Website Directory