Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir<b style="color:red"></b>

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.

525.az-ın məlumatına görə, ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu – Torpaq çərşənbəsini qeyd edir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 379
  • 139
  • 6,905
  • 21,238
ILK-10 Azeri Website Directory