Tarixi yadigarlardan biri: Realnı Məktəb

Təhsil tariximizdə özünəməxsus yeri olan, xalqımıza neçə-neçə ziyalı, tanınmış yazıçılar, ədiblər bəxş edən Şuşa Realnı Məktəbi də mənfur  daşnakların vəhşiliyinin qurbanı olan bilik, elm məbədgahlarımızdandır.

1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Realnı Məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil olunan bu məktəbə ilk dəfə 159 şagird qəbul edilir. 1886-cı ildə təhsil ocağına 7.500 manat vəsait xərclənmişdir.

Dövrünün nümunəvi maarif ocağı hesab edilən Şuşa Realnı Məktəbi xalqımızın  təhsil sahəsində əldə etdiyi uğurların bünövrəsini qoyduğu üçün ona maraq gündən-günə artıb. Burada tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyiblər. Məktəbin şagirdləri də onlara dərs deyən müəllimləri kimi sonradan məşhur şəxslər kimi tanınıblar. Təhsil ocağının yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif  Vəzir  Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər,  Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar.

Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək Riyaziyyat Təmayüllü 2 nömrəli İnternat Məktəbi fəaliyyət göstərmişdir.

Binanın sonuncu sakinləri isə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1989-cu ildən 1992-ci ilədək bu binada  fəaliyyət göstərən ali təhsil müəssisəsinin Şuşa filialında tələbələr, əsasən, pedaqoji fakültələrdə təhsil alırdılar.

Təhsilimizin inkişafına əvəzsiz töhfələr vermiş əzəmətini, tarixi görkəmini, qədimliyini qoruyan Şuşa Realnı Məktəbi çox təəssüf ki, 1992-ci ilə qədər ayaqda durmağı bacardı. 1992-ci ilin may ayında  Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları orada  bir çox tarixi, dini yerlərimizi məhv etdi, o cümlədən Şuşa Realnı Məktəbini yandıraraq xarabazara çevirdilər.

…30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə erməni işğalçılarının böyük xülyalarını puç etdi. Şuşaya səfəri zamanı dövlət başçısı İlham Əliyevin erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olarkən dediyi bu fikirlər də tezliklə müasir təhsil tariximizdə yenidən  Şuşa səhifəsinin açılacağını deməyə əsas verir: “Dünyada onlar kimi saxtakar millət yoxdur. Bu bina da bərpa olunacaq.

…Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

 “Azərbaycan”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 16
  • 6
  • 6,754
  • 23,627
ILK-10 Azeri Website Directory