“Erməniləşdirilən”, eksponatları xaricə satılan Azıx mağarası: “Prezidentin izi ilə”

Qarabağ işğal olan gündən ermənilərin bəd niyyətləri ilk öncə qədim tariximizə tuşlandı. İşğal etdikləri ərazilərdə təkzibedilməz faktlarına görə dəyişdililməsi mümkün olmayan tarixi abidələri darmadağın etdilər, hansı ki, Alban abidələridir , üzərində albanlara məxsus dəsti-xətt vardı, onları da erməniləşdirirdilər. Belə xəbərləri mütəmadi olaraq erməni mətbuatı yazırdı. Amma elə tarixi məkan və abidələr var ki, onların üzərində daha asan “erməniləşdirmə“ əməliyyatı aparmaq mümkün olurdu.

Satılan eksponatların taleyi

Belə abidələrdən biri də dünyanın ən qədim insan məskənlərindən sayılan, Azərbaycanın Füzuli şəhərindən 16 km aralıda – Tuğ kəndində yerləşən, Quruçay sahilindəki məşhur Azıx mağarasıdır. Burda aşkarlanmış qədim insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri o qədər qədimdir ki, onu konkret olaraq hansısa bir xalqa aid etmək düzgün olmaz. Azıx insanı bu ərazilərdə min illərdir yaşayan yerli əhalinin-azərbaycanlıların ulu əcdadlarıdır. Əlbəttə ki, belə qədim məskənlərin, 1828-ci ildə İmperialist Rusyanın tabor halında Qarabağa köçürdüyü ermənilərlə yaxından –uzaqdan heç bir əlaqəsi yoxdu. Buna baxmayaraq ermənilər bu qədim mağaradan istifadə etməyə də nail ola bilmişdilər. Məsələn, ötən il AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirmişdi ki, Azıx mağarasında aparılan qanunsuz qazıntı işlərinə 2002-ci ildən başlayaraq İngiltərə, İrlandiya, İspaniya və İtaliyadan arxeoloji “ekspedisiyalar” cəlb edilir:

“300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir və yaxud müxtəlif ölkələrə qanunsuz şəkildə satılır. Bu cür “səxavətliliyin” qarşılığında isə xaricdən gətirilən “alimlər”ə öz əsərlərində Azıx mağarasını “erməni abidəsi” kimi təqdim etmək tapşırığı verilir”.

Əlbəttə ki, fakt hər birimizi dərindən yaralayır, hiddətləndirirdi.

Qalmaz belə qalmaz dünya

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük rəşadətindən sonra erməni işğalından azad edilən torpaqlarımızdan biri də Tuğ kəndi, dolayısı ilə Azıx mağarası oldu. Qələbədən dərhal sonra dövlətimiz tariximizin sübutu olan qədim abidə və məskənlərin mühüm əhəmiyyət kəsb etdiyini önə çəkdi. Təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə AMEA Arxeologiya və Etnoqrafiyaİnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olundu. Ermənistan və İngiltərə, İrlandiya, İspaniya, İtaliya və digər ölkələrin arxeoloji “ekspedisiyalar”ının , alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılmışlaraq Bakıya gətirildi. Bakıda Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən araşdırıldı, təhlil edildi və nəhayət, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna məlumatlar verildi. Bununla əlaqədar olaraq artıq Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açıldı və müvafiq tədbirlər həyata keçirilməkdədir.

Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, təqsirkar şəxslərin beynəlxalq və milli qanunvericiliyinin tələblərinə əsasən məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməkdədir.

Tuğa səfər

Bu gün-martın 17-də mətbuat nümayəndələrinin işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri təşkil edilib.

“Prezidentin izi ilə” adlı mediaturun iştirakçıları Füzulinin işğaldan azad olunmuş ərazilərinə, dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasına gedib.

Erməni valdalizmini öz gözləri ilə görüb işıqlandıracaq mediamız getdikləri məkanlardan yazacaqları dəyərli məqalələrlə beynəlxalq aləmə çatdırılacaq səsimizə səs verəcəyinə şübhəmiz yoxdu.

Əntiqə Rəşid

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 153
  • 45
  • 4,135
  • 22,197
ILK-10 Azeri Website Directory