Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqləndi

Sahibkarlıqda yoxlamaların dayandırılması müddətinin uzadılması təsdiqləndi<b style="color:red"></b>

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

525.az-ın məlumatına görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.

Qanuna aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə olunub:

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz”.

Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 388
  • 143
  • 6,914
  • 21,247
ILK-10 Azeri Website Directory