Torpağı Vətən etməyin yolu

DƏDƏ QORQUD ÖYÜDÜ, BƏKİL OĞLU İMRAN ÖRNƏYİ

Torpağı Vətən etməyin yolu<b style="color:red"></b>

Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

İşğaldan azad olunan torpaqları daimi Vətənə çevirmək üçün Azərbaycanla Ermənistanın dövlət sərhədləri boyunca strateji əhəmiyyətli mövqelərdə çoxminlik əhalinin yaşaya biləcəyi sivil şəhərlər tikməliyik.

Necə ki, bədnam, üzdəniraq məkrli qonşularımız 1920-ci illərə qədər Azərbaycan türklərinin, Zəngəzur bəylərinin əzəli yurd yerləri olmuş tarixi dədə-baba  torpaqlarımızda Qafan, Qacaran, Gorus kimi kiçik kəndlərin yerində iri səliqə-sahmanlı şəhərlər, Zeyvə, Xinzirək kimi böyük müasir kəndlər inşa edib məskunlaşdırma aparmışdı, biz də o yolu getməliyik. Qubadlı, Laçın, Zəngilanda belə əlverişli yerlər, təbii şərait mövcuddur. Bu şəhərlər təkcə o rayonların sayca çox olmayan sakinləri üçün deyil, bütün ölkə əhalisinin, ilk növbədə hərbçi ailələrinin üzünə açıq olmalı, burada normal yaşayış üçün ən yaxşı imkanlar, maddi təminat, iş yerləri, ali, orta ixtisas təhsili müəssisələri, sənaye, sosial obyektlər tikilməli, infrastruktur qurulmalı, investorlar cəlb olunmalıdır. Bunun üçün dövlətimizin hər cür imkanı, xalqımızın mənəvi yetkinliyi, yurdsevərlik duyğuları var. 

Ana kitabımız “Kitabi-Dədə Qorqud”da, oğuz-türk tarixində ibrətamiz olay, detal, öyüdlər var. “Bəkil oğlu İmranın boyu”nu xatırlayaq; Xanlar xanı Bayındır xan İç Oğuz vә Daş Oğuz bәylәrini hər zaman olduğu kimi yenə məsləhətə yığmışdı. Bu zaman doqquz tümәnlik Gürcüstanın xәracı da gәldi. Dәdә Qorqudun məsləhəti ilə bu dəfəki xərac- bir at, bir qılınc vә bir çomaq oğuz elinin sərhəddinə qarovul çәkmək üçün Bәkil deyilәn bir igidə verilir. Dədə Qorqud qılıncı onun belinә bağlayır, ox-yayı qoluna keçirir, Bәkil şaһanә ayğırı çәkib minir, qoһum-әqrәbasını ayırır, ev-eşiyini yığışdırıb oğuz elindәn köçüb Gürcüstan sәrһәdindә çadır qurur, buranı vətən edib, həm də yurda qarovulçuluq edir. Buralara gələn yad kafirin başını kəsib Oğuz elinә һәdiyyә göndәrir. Xanlar xanı Bayındır da Bəkili hər zaman hörmət, izzətlə çadırında qonaq edər, ən yaxşı atı, qaftanı, bolluca xərcliklə ona verər, əzizlər, hörmət edərdi.

Dövlət sərhədə belə qayğı, diqqət, sevgi, səxavət, sayıqlıqla yanaşmalıdır. Xüsusən qaradonlu, sası dinli, azğın, imansız kafirlə qonşuluqda. Vətən sərhəddən başlanır, sərhəd etibarlı, keçilməz səddə çevrilməli, xalqın, dövlətin güc, güvvəsinin, rifah və qüdrətinin aynası olmalıdır-həm də sərhəddəki abad şəhər, kəndləri ilə!
Tarixin verdiyi dərslərdən ibrət almalıyıq ki, yaşadığımız faciələr bir daha təkrar olmasın!

Fotolar ermənilərin Zəngəzur ellərimizdə özlərinə vətən etdikləri Qafan, Qacaran, Gorus şəhərləridir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 150
  • 45
  • 4,132
  • 22,194
ILK-10 Azeri Website Directory