İnsan beyninin gücü

Hər gün həyatda müxtəlif hadisələrlə qarşılaşırıq. Təbii ki, bu hadisələrin bir qismini qavrayıb digərlərini isə görməzdən gəlirik. Lakin özümüz də bilmədən onlar bizim şüuraltımıza yığılır. İnsan beynini komputer kimi qəbul etsək, altşüur bir əməliyyat sistemidir. Bu sistemdə doğulduğumuz andan öləcəyimiz ana qədər hər bir şey xırdalığına qədər əks olunur. Şüuraltımızda olanları necə müəyyən edə bilərik? Təhtəlşüurda ilişib qalanlar həyatımıza təsir edirmi? Görəsən, şüuraltımızda toplanan neqativ hallar bizi növbəti uğursuzluqlara doğru aparırmı?

Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müəllimi Elmar Hüseynovun sözlərinə görə, qəbul etdiyimiz informasiyaların təqribən 95 faizindən bizim xəbərimiz olmur. Belə informasiyalar şüuraltımızda toplanır:

“İnsan beyni 100 milyard neyrondan ibarətdir. Hər bir neyron eyni zamanda 5 min başqa neyronla əlaqə saxlaya bilir, yəni informasiya ötürə bilir. Bizim xəbərimiz olmadığı informasiyalar şüuraltında toplanır. Hansı informasiyalardan isə xəbərimiz var, onlar şüur anlayışı ilə təyin olunur. İnsanın mərkəzi sinir sistemində bütün informasiyanın toplandığı yaddaş fenomenini 3 hissəyə bölmək olar. Birinci hissə uzunmüddətli yaddaşdır. Hazırda bizim sizinlə yaradığımız ünsiyyət, sərgilədiyimiz davranış kiçikmüddətli yaddaşla idarə olunur. Digər hissə uzunmüddətli yaddaşdır”.

Uzunmüddətli yaddaşın özü də iki hissədən ibarətdir-Eksplisit və imsplisit. İmplisit (gizli) adlanan yaddaş forması şüuraltı anlayışının məzmununu təşkil edir. Müəllim deyir ki, bu yaddaş formasına heç bir halda nüfuz etmək olmur:

“Ekspisit yaddaş vasitəsilə yaddaşa nüfuz edə bilirik. Amma implisit, gizli yaddaş formasına heç bir halda nüfuz edə bilmirik. Müasir altşüur nəzəriyyəsinə görə, insanın heç bir halda həmin informasiya hissəsinə keçid almaq imkanı yoxdur. Amma Ziqmund Freydin psixoanaliz nəzəriyyəsindən çıxış etsək, bəlli bir simvolik davranışlar, yuxular vasitəsilə altşüurumuzda hansı informasiyaların gizlənmiş olduğunu ehtimal edə bilərik. Yuxuların analiz olunması var. Fərz edək ki, yuxularda çox tez-tez bir maşın görürüksə və həmin maşın qəza törədirsə, həmin yuxuların psixoanalitik tərəfədn analiz edilməsi bu mənaya gəlir ki, həmin maşın insanın özünü simvolizə edir. Maşının başına gələcək hər hansı bir qəza əslində bizim həyatda gözlədiyimiz və öz başımıza gələcək qorxulardan başqa bir şey deyildir.

Meditasiya vasitəsilə də təhtəlşüurumuzdakıları ehtimal etmək olar. İnsanda şüur vəziyyəti 3 hissəyə bölünür. Bizim oyaq vəziyyətimiz var. Biz yatmış vəziyyətdə oluruq və mediativ bir vəziyyət var. Bu halda insan yarı oyaq, yarı yuxulu vəziyyətdə olur. İnsan uzun müddət meditasiya ilə məşğul olursa, deyək ki, bu müddət 10 ildirsə, daxilində nəyin baş verməsi, nəyin gizlənməsi haqqında daha ətraflı məlumata sahib ola bilər. İnsan hiss edə bilər ki, daxilində əslində hansı məqsədlər gizlənib. Meditasiya vasitəsilə insan öz mental sistemini gücləndirə, öz qarşısına qoyduğu məqsədlərə daha inamla çata bilər. Amma bu uzunmüddətli təcrübənin nəticəsidir. Bu 1 günün, 2 ilin məsələsi deyil. Təqribən 10 il meditasiya ilə məşğul olmaq lazımdır ki, altşüurdakıların nələrdən ibarət olduğunu ehtimal etmək olsun”.

Rövşən Tahir

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 152
  • 45
  • 4,134
  • 22,196
ILK-10 Azeri Website Directory