Beş ölkə Uyğur türkləri ilə əlaqədar Çinə çağırış etdi

Beş ölkə Uyğur türkləri ilə əlaqədar Çinə çağırış etdi  <b style="color:red"></b>

ABŞ, Kanada, İngiltərə, Avstraliya və Yeni Zelandiya Çinin Sincan Uyğur Muxtar bölgəsindəki Uyğur türklərinə qarşı insan haqları pozuntularının narahatlıq dərəcəinə gəldiyini bildirən açıqlama yayımlayıblar.

525.az xəbər verir ki, sənəddə Çin rəhbərliyinin uyğurlara qarşı təzyiqlərinə son qoyulmasına səsləyən açıqlama verilib:

“Çinin əhatəli repressiya proqramı dini azadlıqların ciddi şəkildə məhdudlaşdırılması, məcburi əmək, toplama düşərgələrində kütləvi həbs, uyğur mirasının zorla sterilizasiyası və mütəşəkkil şəkildə məhv edilməsini əhatə edir”.

Həmçinin, bəyanatda sözügedən ölkələr və AB ortaq bir sanksiya addımı atdıqlarına işarə edərək, Çini uyğur müsəlmanlarına və Sincandakı digər etnik-dini azlıqlara qarşı repressiya tətbiqetmələrini dayandırmağa və tutulanları sərbəst buraxmağa çağırıb.

Xatırladaq ki, ABŞ, Kanada və İngiltərə Sincan İstehsalat və İnşaat Birliyi Komitəsinin katibi Vang Junzheng və Sincan İctimai Təhlükəsizlik Bürosunun direktoru Çen Mingguonu Sincan bölgəsindəki insan haqları pozuntuları ilə əlaqəli olduğu səbəbilə sanksiya siyahısına salıb.

Firuzə Əliyeva

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 389
  • 144
  • 6,915
  • 21,248
ILK-10 Azeri Website Directory