Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Novruz bayramı münasibətilə xalqımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.
“Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram. Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun!

Qoy, təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 21
  • 7
  • 6,759
  • 23,632
ILK-10 Azeri Website Directory