Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzinin və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin, aktiv gənclərin iştirakı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib.

Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Azərbaycan Ombudsman təsisatı ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla və məişət zorakılığı ilə mübarizəyə cəlb etmək məqsədilə müntəzəm olaraq maarifləndirmə fəaliyyəti həyata keçirir.

Hər il müxtəlif kateqoriyalardan olan əhali qruplarının iştirakı ilə bu mövzuda mərkəzi və yerli dövlət orqanları ilə birgə tədbirlərin təşkil edildiyi, müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın məişət zorakılığının qarşısının alınması məqsədinə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Digər çıxış edənlər məişət zorakılığı ilə mübarizə istiqamətində maarifləndirmə işinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin səmərəliliyini vurğulayıblar.

Daha sonra çıxış edənlər mövzu ətrafında müzakirələri davam etdiriblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 79
  • 12
  • 18,910
  • 34,216
ILK-10 Azeri Website Directory